29 May 2026, 15:30
FUTBOL
"Selta" ilə müqaviləsi başa çatan Oskar Minqesa İngiltərə Premyer Liqasında oynaya bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Aston Villa" azad agent statusunda olan ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri Minqesanı komandada görmək istəyir. İngiltərə klubu 27 yaşlı sağ cinah müdafiəisi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Oskar Minqesa başa çatan mövsümdə "Selta"nın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 1 qol vurub, 6 qol ötürməsi edib.













