​Səudiyyə Ərəbistanı millisi DÇ-2026-nın hazırlıqlarına başlamazdan əvvəl gözlənilməz problemlə üzləşib.

Matc.az xəbər verir ki, komandanın müdafiəçisi Səud Əbdülhəmid qarət edildikdən sonra sənədlərini itirdiyi üçün yığmanın düşərgəsinə vaxtında gələ bilməyib.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının verdiyi məlumata görə, hadisə futbolçunun ailəsi ilə birlikdə olduğu Amsterdamda baş verib. Naməlum şəxslər oyunçunun avtomobilini yararaq şəxsi əşyalarını, o cümlədən pasportunu oğurlayıblar.

​Hazırda federasiya futbolçu üçün ən qısa zamanda yeni sənədlərin rəsmiləşdirilməsi məqsədilə İdman Nazirliyi və Səudiyyə Ərəbistanının Niderlanddakı səfirliyi ilə birgə çalışır. ​Federasiya həmçinin Əbdülhəmidə dəstəyini ifadə edib və onun təhlükəsiz şəkildə milli komandanın düşərgəsinə gələcəyinə əmin olduqlarını bildirib.

​Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi DÇ-2026-da İspaniya, Kabo-Verde və Uruqvayla eyni qrupda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest