"Mançester Siti"nin yarımmüdafiəçisi Ticani Reynders karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

"Atletiko" yayda Niderland millisinin üzvünü transfer etmək istəyir. Madrid təmsilçisi 27 yaşlı futbolçu üçün yaxın vaxtlarda İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Ticani Reynders başa çatan mövsümdə "Mançester Siti"nin heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest