"Barselona" klubunun futbolçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.

Matc.az xəbər verir ki, o, buna 31-ci turda "Espanyol"la qarşılaşmada iştirak etməklə nail olub.

Görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Yamal yerli çempionatında 100-cü matçına çıxıb. O, bunu 18 yaş 272 günündə bacarıb.

Beləliklə, gənc vinger "Real"ın sabiq üzvü Raul Qonsalesin (19 yaş, 284 gün) rekordunu qırıb.

Xatırladaq ki, "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib. Hazırda aktivində 79 xalı olan Kataloniya klubu turnir cədvəlinə liderlik edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest