02 Aprel 2026, 20:16
FUTBOL
"Everton" "Mançester Siti" və İngiltərə millisinin mərkəz müdafiəçisi Con Stounsu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "SportsMole" məlumat yayıb.
Stonsun "Mançester Siti" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Klub rəhbərliyi artıq 31 yaşlı futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib.
Stons artıq yeni klub axtarışına başlayıb və 2013-cü ildən 2016-cı ilə qədər oynadığı "Everton" əsas namizəddir.
Qeyd edək ki, bu mövsüm Stouns "Mançester Siti"nin start heyətindəki yerini itirib. O, bütün yarışlarda cəmi 15 oyunda meydana çıxıb.










_1775152113.jpg)

_1775148795.jpg)