02 Aprel 2026, 14:54
FUTBOL
"Liverpul"un hücumçusu Yuqo Ekitike karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Real" fransalı forvardı transfer etmək istəyir. "Kral klubu" Ekitikenin bu mövsüm göstərdiyi performansı bəyənib. Madrid nəhənginin yayda 23 yaşlı futbolçu üçün hərəkətə keçəcəyi gözlənilir.
Qeyd edək ki, "Liverpul" Yuqo Ekitikeni mövsümün əvvəlində "Ayntraxt"dan transfer edib. Fransa millisinin üzvü "qırmızılar"In heyətində keçirdiyi 42 oyunda 17 qol vurub, 6 qol ötürməsi edib.





_1775139593.jpg)






