"Torino" mövsümün sonunda müqaviləsi başa çatan Emirhan İlkhanı komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi türkiyəli futbolçunun sözləşməsinin müddətini uzatmağı planlaşdırır. "Öküzlər"in rəhbərliyi yaxın vaxtlarda 21 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Torino" Emirhan İlkhanı 2022-ci ilin yayında "Beşiktaş"dan transfer edib. Türkiyə U-21 millisinin üzvü bu mövsüm A Seriyasında keçirdiyi 14 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest