"İnter"in mərkəz müdafiəçisi Yann-Aurel Bissek sıradan çıxıb.

QOL.az xəbər verir ki, bu barədə "Sky Italia" məlumatı yayıb.

Bildirilir ki, almaniyalı futbolçu sağ bud nahiyəsindəki əzələ zədəsi səbəbindən A Seriyasının 31-ci turu çərçivəsində keçiriləcək "Roma" ilə vacib qarşılaşmanı qaçıracaq.

25 yaşlı müdafiəçinin növbəti turda "Komo"ya qarşı keçiriləcək oyunda iştirakı da sual altındadır.

Qeyd edək ki, 2023-cü ilin yayından klubun şərəfini qoruyan Bissekk cari mövsümdə Milan təmsilçisinin heyətində bütün turnirlərdə 30 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest