02 Aprel 2026, 20:47
FUTBOL
2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik istiqamətində maarifləndirmə təşəbbüsü ilə tədbir keçirilib.
2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik istiqamətində maarifləndirmə təşəbbüsü ilə tədbir keçirilib.
Matc.az xəbər verir ki, bu münasibətlə "Neftçi"nin futbolçuları – Emil Balayev, Edvin Kuç və Alessio Kurçinin iştirakı ilə autizmli gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna və cəmiyyətə inteqrasiyasına dəstək verən "Kashalata Cafe"də görüş təşkil olunub.
"Kashalata Cafe"də çalışan gənclərin fəaliyyəti ilə tanış olub onlarla ünsiyyət quran komandanın üzvləri onlara xatirə hədiyyələri təqdim ediblər.










_1775152113.jpg)

_1775148795.jpg)