02 Aprel 2026, 12:06
FUTBOL
"Qarabağ" - "Sabah" görüşünü isə Rauf Cabarov idarə edəcək.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb. Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Turan Tovuz" - "Zirə" matçı FIFA refirisi Əliyar Ağayevə tapşırılıb.
"Qarabağ" - "Sabah" görüşünü isə Rauf Cabarov idarə edəcək.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
3 aprel
17:30. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00. "Qarabağ" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tofiq Bəhramov adına Respublika stadionu












