"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qabriel Sara sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu Braziliya millisinin düşərgəsində sol ayaq topuğundan zədələnib. Sara aprelin 4-də "Trabzonspor"la keçiriləcək Super Liqa matçında iştirak etməyəcək.

Qeyd edək ki, Qabriel Sara bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 39 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest