Qardaş ölkə təmsilçisi ABŞ, Kanada və Meksika da baş tutacaq DÇ-2026-nın final mərhələsində D qrupunda ABŞ, Paraqvay və Avstraliya milliləri ilə mübarizə aparacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovanı 0:1 hesabı ilə məğlub edərək 24 il sonra dünya çempionatına vəsiqə qazanıb.
Bununla da, "ay-ulduzlular" tarixində dördüncü dəfə dünya çepionatına vəsiqə qazanıb. Türkiyə millisi buna qədər 1950, 1954 və 2002-ci illərdə keçirilən dünya çempionatlarında iştirak edib.
Qardaş ölkə təmsilçisi ABŞ, Kanada və Meksika da baş tutacaq DÇ-2026-nın final mərhələsində D qrupunda ABŞ, Paraqvay və Avstraliya milliləri ilə mübarizə aparacaq.
Türkiyə yığması ilk matçını iyunun 14-də (saat: 08:00) Vankuverdə Avstraliyaya qarşı keçirəcək. İkinci görüş iyunun 20-də (saat: 08:00) San-Fransiskoda Paraqvaya qarşı olacaq. "Ay-ulduzlular" qrupda son oyununu ABŞ millisinə qarşı keçirəcək. Görüş iyunun 26-da (saat: 06:00) Los Ancelesdə baş tutacaq.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.












