Türkiyə Super Liqasının XXVIII turu çərçivəsində keçiriləcək "Fənərbaxça"  - "Beşiktaş" görüşünün hakimləri açıqlanıb.

Matc.az xəbər verir ki, qarşılaşmanı Yasin Kol idarə edəcək. Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Mehmet Salih Mazlum köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.

Qeyd edək ki, 5 aprel tarixində keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest