"Mançester Siti"nin özbək müdafiəçisi Abdukodir Xusanov klubun mart ayının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi səsvermədə yarımmüdafiəçilər Rodri və Jeremi Dokunu geridə qoyub. Bu, Xusanovun ikinci mükafatıdır. O, yanvar ayında da komandanın ən yaxşı oyunçusu seçilmişdi.

Ötən ay Xusanov bütün yarışlarda 6 oyun keçirib və onlardan beşində start heyətində yer alıb.

Qeyd edək ki, Özbəkistan millisinin oyunçusu 2025-ci ildən bəri "Mançester Siti"də oynayır və İngiltərə klubuna "Lans"dan 40 milyon avroya keçib. Bu müddət ərzində o, bütün yarışlarda klub üçün 39 oyun keçirib və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest