02 Aprel 2026, 13:58
FUTBOL
"Benfika"nın müdafiəçisi Samuel Dal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
"Mançester Yunayted" isveçli futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar"ın skautları Dalı uzun müddətdir izləyir. Premyer Liqa nəhəngi 23 yaşlı sol cinah müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Samuel Dal bu mövsüm "Benfika"nın heyətində keçirdiyi 46 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.



_1775139593.jpg)








