02 Aprel 2026, 12:51
FUTBOL
"Bayer"in hücumçusu Kristian Kofane karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Arsenal" kamerunlu futbolçunu transfer etmək istəyir. "Topçular"ın rəhbərliyi 19 yaşlı forvardı yayda heyətə cəlb etməyə çalışacaq. Almaniya klubu gənc forvard üçün 70 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Kristian Kofane bu mövsüm "Bayer"in heyətində keçirdiyi 39 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

_1775139593.jpg)










