02 Aprel 2026, 13:33
FUTBOL
Neymar Braziliya milli komandasının dünya çempionatı üçün yekun heyətindən kənarda qala bilər.
Matc.az xəbər verir ki, bu barədə "Daily Record" nəşri məlumat yayıb.
Bildirilir ki, baş məşqçi Carlo Ancelotti "Santos"un təcrübəli vingeri olmadan heyət formalaşdırmaq variantını nəzərdən keçirir. Bu qərar 34 yaşlı futbolçunun fiziki vəziyyəti, eləcə də baş məşqçinin son oyunlarda sabit çıxış edən futbolçulara üstünlük vermək istəyi ilə bağlıdır.
Neymar Braziliya millisinin tarixində ən yaxşı bombardirdir. Onun hesabında 128 oyunda 79 qol və 59 məhsuldar ötürmə var.



_1775139593.jpg)








