DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.
Matc.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq 4 milli komanda məlum olub.
Türkiyə millisi Kosovo üzərində minimal hesablı qələbə qazanaraq 24 ildən sonra 4-cü dəfə dünya çempionatına vəsiqə qazanıb.
Mundindiala vəsiqə qazanan digər komandalar Çexiya, İsveç və Bosniya və Herseqovina yığmaları olub.
Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
DÇ-2026
Pley-off, final oyunları
31 mart
Bosniya və Herseqovina – İtaliya - 1:1 (Penaltilər seriyası – 4:1)
Qollar: Tabakoviç, 79 // Ken, 15
Qırmızı vərəqə: Bastoni, 41
Kosovo – Türkiyə - 0:1
Qol: Aktürkoğlu, 53
Çexiya – Danimarka - 1:1 (Penaltilər seriyası – 3:2)
Qollar: Şults, 3 // Andersen, 72
İsveç – Polşa - 3:2
Qollar: Elanqa, 19, Lagerbielke, 44, Qyökereş, 88 // Zalevski, 33, Sviderski, 55













