Azərbaycanın qadınlardan ibarət 3x3 və əsas (5x5) basketbol yığmalarına əcnəbi oyunçular cəlb oluna bilər.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) türkiyəli idman direktoru Turqay Zeytingöz məlumat verib.

O, federasiya tərəfindən qadın yığmalarının heyətinin gücləndirilməsi məqsədilə belə addımın atılması planlaşdırıldığını deyib:

"Xüsusilə 3x3 basketbol üzrə "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarında medal hədəfimiz olduğu üçün bu variant mümkündür. Lakin hazırda bu məsələ ilə bağlı konkret qərar qəbul olunmayıb".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest