"Arsenal" "Bayer"in 19 yaşlı kamerunlu hücumçusu Kristian Kofane ilə yaxından maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq paylaşıb.

Bildirilir ki, hücumçunun UEFA Çempionlar Liqasındakı təsirli və effektiv oyunları böyük rəğbət qazanıb və bu, "Arsenal"ın baş məşqçisi Mikel Artetanın diqqətindən yayınmayıb.

Lakin Kofanenin transferi "Arsenal" üçün çətin olacaq, çünki yarışdakı əsas rəqiblərindən biri "Real"dır. Leverkuzen klubu gənc ulduzuna artan marağın fərqindədir və ondan ayrılmağa hazırdır, lakin ən azı 70 milyon avro müqabilində.

Kofen ötən yay "Albasete"dən "Bayer"ə 5,25 milyon avroya keçib. O, bu mövsüm Leverkuzen klubunda 39 oyunda meydana çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest