Canluici Buffon yaxın vaxtlarda İtaliya milli komandasının nümayəndə heyətinin rəhbəri vəzifəsini tərk edəcək.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

Buna komandanın dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışı səbəb olub. 

48 yaşlı funksioner 2023-cü ilin avqust ayından etibarən milli komandada çalışır. Lakin Bosniya və Herseqovinaya qarşı pley-off mərhələsinin finalındakı məğlubiyyətdən sonra o, vəzifəsindən ayrılmaq qərarına gəlib. Onunla birlikdə baş məşqçi Cennaro Gattuzo da yığmanı tərk edəcək.

Xatırladaq ki, həlledici görüş 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə italiyalılar 1:4 hesabı ilə uduzublar. Nəticədə komanda ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest