06 Oktyabr 2025, 09:24
FUTBOL
İngiltərə Premyer Liqasının 7-ci turunda "Mançester Siti" "Brentford"u 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Pep Qvardiolanın Premyer Liqada 250-ci qələbəsini qazanaraq yeni rekorda imza atıb.
Bu göstəriciyə çatmaq üçün ona 349 oyun lazım olub. Əvvəlki rekord "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyusona məxsus idi. O, Premyer Liqada 404 matçda 250 qələbə qazanıb. "Arsenal"ı çalışdıran Arsen Venger isə 423 oyunla üçüncü yerdədir.
Qvardiola, həmçinin Premyer Liqada ən yüksək qələbə faizinə görə rekorda sahibdir (71,6%). Bu göstəricidə isə Aleks Ferqyuson (65,2%) ikinci, Antonio Konte (62,9%) isə üçüncüdür.






_1761598465.jpg)


_1761592149.jpg)


_1761586939.jpg)