Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubları "Barselona"nın və İspaniya millisinin hücumçusu Ferran Torreslə maraqlanır.

Matc.az xxəbər verir ki, bu barədə Jerar Romero məlumat verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı Torresə illik 20 milyon avro maaşla müqavilə bağlamağa hazırdır. "Barselona"nın futbolçunun transfer dəyəri ilə bağlı maliyyə tələbləri hələ məlum deyil, lakin Səudiyyə klubları kataloniyalıların istənilən real maliyyə təklifini təmin etməyə hazırdır.

Qeyd edək ki, Torresin "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir. Ötən mövsüm 25 yaşlı ispaniyalı bütün turnirlərdə "Barselona"nın heyətində 45 matçda 19 qol vurub, 7 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest