Kabo-Verde millisi debüt etdiyi dünya çempionatında pley-off mərhələsinə yüksəlməyi bacarıb və bununla da bir neçə rekorda imza atıb.

Matc.az xəbər verir ki, onlar XXI əsrdə mundialda qələbə qazanmadan növbəti mərhələyə adlayan ilk komanda olublar.

Afrika təmsilçisi hər üç qarşılaşmanı heç-heçə ilə başa vurub ki, bu da onların öz qrupunda ikinci yeri tutması üçün kifayət edib.

Sonuncu turda Səudiyyə Ərəbistanı ilə 0:0 hesablı bərabərliyə imza atıblar. Bu, turnirin ulduzuna çevrilən qapıçı Vozinya üçün artıq ikinci qolsuz matç olub.

Kabo-Verde həmçinin pley-offa vəsiqə qazanan ölkələr arasında ən az əhaliyə malik dövlətdir. Hazırda ölkə əhalisinin sayı təxminən 530 min nəfər təşkil edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest