Madrid "Real"ı komandanın vingeri Vinisius Juniorun yeni müqaviləsi üçün təklifini yaxşılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.
Madrid klubunun prezidenti Florentino Peres braziliyalı ulduza əvvəlki 20 milyon avro əvəzinə illik 25 milyon avro təklif etməyə hazırdır. Bununla da "Kral klubu" futbolçu ilə uzunmüddətli əməkdaşlığı təmin etmək niyyətindədir. Vinisiusun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Başa çatan mövsümdə braziliyalı oyunçu "Real"ın heyətində bütün turnirlər daxil olmaqla 53 matçda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 140 milyon avro təşkil edir.













