Hücumameyilli yarımmüdafiəçi Maykl Olise 2025/26 mövsümünün yekunlarına əsasən "Bavariya"nın ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, fransız vinger 2025/26 mövsümündə klubun heyətində çıxış etdiyi 57 rəsmi matçda 25 qol və 28 məhsuldar ötürmə ilə yadda qalaraq daha əla performans nümayiş etdirib.

Azarkeşlər arasında keçirilən səsvermədə 51,4% səs toplayan Olise, hücumçular Harri Keyn (32%) və Luis Diası (4%) qabaqlayaraq ardıcıl ikinci dəfə bu mükafata layiq görülüb.

24 yaşlı futbolçu həm klub, həm də Fransa millisi daxil olmaqla ümumilikdə 30 məhsuldar ötürmə (26-sı "Bavariya"da, 4-ü millidə) edərək Avropanın TOP-5 liqalarında çıxış edən oyunçular arasında lider olub.

Qeyd edək ki, "Bavariya" 2025/26 mövsümündə 34 oyundan sonra 89 xal toplayaraq Almaniya çempionu adını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest