Fransa millisinin vingeri Usman Dembele dünya çempionatının qrup mərhələsinin III turunda Norveçə qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

O, hələ fasiləyə qədər het-trik edərək matçın baş qəhrəmanına çevrilib. Məhz Dembelenin ilk hissədə vurduğu üç qol Fransa komandasına rahat üstünlük qazandırıb, oyunun ikinci yarısında isə fransızlar işi 4:1 hesablı darmadağınla başa çatdırıblar.

Qeyd edək ki, Dembele dünya çempionatları tarixində 1954-cü ildən bəri (72 il sonra) ən tez rəsmiləşən het-trikə imza atıb.

Nəticədə bu qələbə sayəsində Fransa qrupdan birinci yerlə pley-offa yüksəlib və 1/16 finalda Şotlandiya, Paraqvay, İsveç, Belçika və ya Kabo-Verde ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest