27 İyun 2026, 21:08
FUTBOL
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirib.
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.
Matc.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.
"In Gernot Langes" stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu isə Kamili Duran vurub.
Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.













