"Mançester Yunayted"in və Uruqvay millisinin yarımmüdafiəçisi Manuel Uqarte dizindən ciddi zədə alıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Hadisə dünya çempionatının Uruqvay - İspaniya matçının ilk hissəsində baş verib və futbolçu meydandan xərəklə çıxarılıb. İngiltərə təmsilçisinin rəsmiləri zədənin gələcək karyeraya təsir edə biləcəyindən ehtiyatlanır.
Bildirlir ki, Uqarte "Mançester Yunayted"in yayda satmağı planlaşdırdığı oyunçular siyahısında idi. İndi isə bu durum klubun transfer planlarını çətinləşdirir və komanda heyətə yeni bir yarımmüdafiəçi qatmalı ola bilər.
Başa çatan mövsümdə Uqarte klubunda 24 matça çıxıb. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Uruqvay yığması H qrupunda 2 xalla üçüncü yeri tutaraq dünya çempionatı ilə vidalaşıb.













