"Neftçi" yay transfer dönəmində yeni keçidini rəsmiləşdirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, paytaxt klubu qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest