Massaçusets polisinin bəyanatına görə, dünya çempionatının Norveç - Fransa (1:4) matçından sonra yüzlərlə insanın toplaşdığı ərazidə baş verən atışma nəticəsində 4 nəfər güllə yarası alıb.

Matc.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Hadisə ABŞ-nin Massaçusets ştatının Foksboro şəhərindəki "Cillet" stadionunun yaxınlığında qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları gecə yarısına az qalmış daxil olan çoxsaylı şikayətlərdən sonra hadisə yerinə gəliblər və orada 4 yaralı aşkar ediblər.

Bütün zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb, lakin onların vəziyyəti barədə hələlik məlumat yoxdur. Şübhəlilərin həbs olunması ilə bağlı da rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, dünya çempionatı iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada davam edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest