"Latsio"nun prezidenti Klaudio Lotito "Redcina" klubunun sahibi olub.
Matc.az xəbər verir ki, bu barədə İtaliyanın cənub təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sövdələşmənin şərtləri açıqlanmır. "Redcina"nın prezidenti vəzifəsini Klaudio Lotitonun oğlu Enriko Lotito icra edəcək.
Qeyd edək ki, hazırda "Redcina" İtaliya çempionatının dördüncü divizionu olan D Seriyasının I qrupunda mübarizə aparır. Ötən mövsüm qrupda 3-cü yeri tutan komanda pley-off vasitəsilə yüksək liqaya vəsiqə qazana bilməyib. Klub sonuncu dəfə 2009-cu ildə A Seriyasında çıxış edib.
Lotito 2004-cü ildən "Latsio"nun sahibidir. Biznesmen komandaya yetərincə investisiya qoymadığı və biletlərin qiymətini qaldırdığı üçün klub azarkeşləri tərəfindən daim kəskin tənqid olunur. Bu səbəbdən "Latsio"nun ultras qrupu yeni mövsümü boykot etmək qərarına gəlib.













