"Liverpul" "Leypsiq"in vingeri Yan Diomandeni heyətinə qatmaqda maraqlıdır və futbolçu klubun yay "transfer pəncərəsi" üçün əsas hədəfinə çevrilib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports News" məlumat yayıb.

"Liverpul" 19 yaşlı Fil Dişi Sahili millisinin istedadlı üzvünü transfer etməkdə olduqca israrlıdır və onun üçün 86 milyon funt-sterlinqə qədər vəsait ödəməyə hazırdır.

Digər tərəfdən, "Leypsiq" öz yetirməsini buraxmağa tələsmir və gənc vingerin transfer dəyərini 112 milyon funt-sterlinq (130 milyon avro) olaraq qiymətləndirir.

Qeyd edək ki, bu futbolçu ilə "Mançester Yunayted" və PSJ də yaxından maraqlanır.

Diomande 2025/26 mövsümündə Almaniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir və bazar dəyəri 75 milyon avro qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest