"Mançester Siti" "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonun transferini başa çatdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

İngiltərə millisinin 23 yaşlı yarımmüdafiəçisi Nyu-Yorkda tibbi müayinədən keçdikdən sonra 2031-ci il iyunun 30-na qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Sözləşməyə müddətin daha 1 il uzadılması variantı da daxil edilib.

Daha əvvəl "Siti"nin Anderson üçün təxminən 116 milyon funt-sterlinq (134,66 milyon avro) ödəyəcəyi və bunun Mançester klubunun tarixində rekord transfer olacağı bildirilirdi. Üstəlik, bu məbləğ bonuslar nəzərə alınmadan hesablanıb, bonuslarla birgə ümumi xərclər daha da arta bilər.

Anderson 2024-cü ilin iyulundan bəri "Nottingem"də çıxış edir. O, "qırmızı-bəyazlar"ın heyətində 92 matça çıxıb (6 qol, 11 məhsuldar ötürmə).

Gənc yarımmüdafiəçi 2025/26 mövsümündə 50 oyunda 4 qol və 5 ötürmə ilə yadda qalıb. Anderson həmçinin İngiltərə millisinin heyətində DÇ-2026-nın qrup mərhələsinin hər iki start görüşündə meydana çıxıb və Xorvatiya ilə matçda (4:2) məhsuldar ötürmə müəllifi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest