27 İyun 2026, 16:34
FUTBOL
"Fulhem" "Bavariya"nın hücumçusu Conah Kusi-Asarenin transferini rəsmən elan edib.
Matc.az xəbər verir ki, London klubu 18 yaşlı isveçli futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Sözləşməyə əsasən, müddətin daha 1 il uzadılması variantı da mövcuddur. "Fulhem"in bu keçid üçün Münhen təmsilçisinə 6 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Kusi-Asare başa çatan mövsümü icarə əsasında "Fulhem"də keçirib. O, Premyer Liqada 7 matçda meydana çıxsa da, məhsuldar göstəricilərlə yadda qala bilməyib.













