PSJ-nin 19 yaşlı qapıçısı Renato Marin yay "transfer pəncərəsi"ndə icarə əsasında Portuqaliyanın "Nasyonal" klubuna keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Gənc qolkiperin Portuqaliya təmsilçisinə birdəfəlik satın alma variantı olmadan icarəyə verilməsi nəzərdən keçirilir. Bu addım futbolçunun növbəti mövsümdə inkişaf etməsi üçün oyun təcrübəsi qazanmasına yönəlib. Klublar hazırda danışıqlar aparır və icarə variantı ən real çıxış yolu kimi görünür.

Başa çatan mövsümdə Marin PSJ-nin heyətində cəmi 3 qarşılaşmada meydana çıxıb və 2 qol buraxıb.

Qeyd edək ki, PSJ 2025/26 mövsümündə Fransa çempionu olmaqla yanaşı, həm də Çempionlar Liqasının qalibi adını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest