İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel müdafiəçi Ris Ceymsin dünya çempionatında şənbə günü Panamaya qarşı keçiriləcək oyunu buraxacağını təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Tuxel ulduz futbolçunun dizaltı vətərində yüngül zədə olduğunu və son iki gündə məşq edə bilmədiyini bildirib: "Hər bir əsas oyunçunun sərəncamımızda olmasını çox istərdik. Amma bu mümkün deyilsə, sadəcə həll yolu tapırıq - bu bizim işimizdir. Onun vəziyyətini oyundan-oyuna qiymətləndirəcəyik, lakin bu turnirdə bizə hələ kömək edəcəyinə inanırıq".

Baş məşqçi Ceymsin Qana ilə matçdan sonra ağrılardan şikayətləndiyini, komanda ilə birgə Nyu-Cersiyə uçmadığını, lakin 1/32 final mərhələsində oynamaq şansının qaldığını qeyd edib. Tuxel həmçinin Bukayo Saka, Deklan Rays və Elliot Andersonun məşqlərə qayıtdığını və Panama ilə qarşılaşmaya hazır olduqlarını əlavə edib.

Xatırladaq ki, İngiltərə millisi ilk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib, ikinci turda isə Qana ilə heç-heçə edib (0:0). III turda Panama ilə keçiriləcək həlledici oyun isə iyunun 28-nə təsərrüfat edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest