Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatlarında 17-ci qələbəsini qazanaraq bu göstərici üzrə rekordu yeniləb.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" analitik hesabı məlumat yayıb.
Tarixi reytinqdə 57 yaşlı mütəxəssis Almaniya yığması ilə dünya çempionatlarında 16 qələbə qazanmış almaniyalı Helmut Şönün nailiyyətini geridə qoyub.
Üçüncü yerdə isə 2002-ci ildə Braziliya millisini çempionluğa daşımış braziliyalı Luis Felipe Skolari qərarlaşıb. Qeyd edək ki, Deşam dünya çempionatlarında "mavi qvardiyaçılar"la heyranedici qələbə faizinə malikdir: 77,3%.
Xatırladaq ki, III turda Fransa Norveçi 4:1 hesabı ilə darmadağın edib. Matçda PSJ-nin hücumçusu Usman Dembele het-triklə fərqlənib, digər qolu isə onun klub yoldaşı Dezire Due vurub. Deşam anasının vəfatı səbəbindən Norveçlə oyunda iştirak etməyib və onu məşqçilik skamyasında köməkçisi Qay Stefan əvəzləyib. Daha əvvəl Deşamın dç-2026-dan sonra Fransa millisinin baş məşqçisi postunu tərk edəcəyi bildirilirdi.













