İspaniya millisi dünya çempionatının qrup mərhələsinin III turunda Uruqvayı (1:0) məğlub edib.

Matc.az xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda daha əvvəl Kabo-Verde ilə heç-heçə etmiş (0:0) və Səudiyyə Ərəbistanına qalib gəlmişdi (4:0).

Beləliklə, ispanlar 7 xalla qrupda birinci yeri tutublar. Bununla yanaşı, onlar öz çıxışları tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində qapılarından bir dənə də olsun top buraxmayıblar. Hər üç matçda İspaniyanın qapısını "Atletik"in qolkiperi Unai Simon qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest