Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının qrup mərhələsinin III turunda Norveçlə matçın ilk hissəsində iki məhsuldar ötürmə edib və bununla da "qol+pas" sistemi üzrə göstəricisini 4+2-yə çatdırıb.
Matc.az xəbər verir ki, fransız forvard bu göstərici ilə 5 qolu olan Argentina yığmasının hücumçusu Lionel Messini geridə qoyub.
I qrupunda iki turdan sonra həm Fransa (1-ci yer), həm də Norveç (2-ci yer) 6 xal toplayaraq pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər. Üçüncü pillədə Seneqal (0), dördüncü yerdə isə İraq (0) qərarlaşıb.
Xatırladaq ki, iyunun 11-dən 27-nə qədər davam edəcək qrup mərhələsinin yekununda hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də ən yaxşı 8 qrup üçüncüsü növbəti mərhələyə yüksələcək.













