"Liverpul" yarımmüdafiəçi Florian Virtzin transferi ilə bağlı "Bayer"lə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat paylaşıb.

"Mersisaydlılar" futbolçu üçün 130-135 milyon avro ödəyəcək. Gələn həftə Virtz tibbi müayinədən keçəcək və bundan sonra o, 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Bu keçid baş tutsa, "Liverpul" və İngiltərə futbolu tarixində ən bahalı transfer olacaq.

Qeyd edək ki, Virtz 2020-ci ilin iyul ayından Almaniya klubunun rənglərini qoruyur. Bu müddət ərzində o, 197 matçda 57 qol vurub və 65 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest