"Liverpul"un müdafiəçisi Carrel Kuansa Almaniya Bundesliqasında çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Bayer" ingiltərəli mərkəz müdafiəçisini transfer etmək istəyir. Leverkuzenlilər 22 yaşlı futbolçu üçün İngiiltərə klubuna təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Carrel Kuansa "Liverpul"un yetirməsidir. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Mersisayd təmsilçisinin heyətində 25 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest