26 İyun 2026, 21:37
FUTBOL
Ukraynanın "Polissya" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradeni transfer edib.
Matc.az xəbər verir ki, bu barədə "TaToTake" nəşri məlumat yayıb.
Bildirilir ki, hücumameyilli yarımmüdafiəçi Jitomir klubunun düşərgəsində tibbi müayinədən keçib və 3 illik uzunmüddətli müqaviləyə imza atıb.
Qeyd olunur ki, bu transfer "canavarlar"a təxminən 3 milyon avroya başa gəlib. Andrade 2022-ci ilin yanvarından "Qarabağ"da çıxış edirdi. O, 2025/26 mövsümündə Ağdam təmsilçisinin heyətində 51 matçda meydana çıxıb, 16 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.













