Qazaxıstan yığması iyunun 7-də Ermənistan, 11-də isə Azərbaycan millisinə qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün heyətini müəyyənləşdirib. Matc.az xəbər verir ki, baş məşqçi Maqomed Adiyev həmin qarşılaşmalara 34 oyunçu dəvət edib.

Onlardan 4-ü qapıçı, 15-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudu. Çalışdırıcı legioner həyatı yaşayan cəmi 3 oyunçu çağırıb. Onlardan ikisi Rusiya, biri Türkiyədə çıxış edir.

Qapıçılar: İqor Şatski (“Aktobe”), Bekhan Şayzada (“Ordabası”), Danil Ustimenko (“Kayrat”), Aleksandr Zarutski (“Astana”)

Müdafiəçilər: Aleksandr Maroçkin, Yan Voroqovski, Marat Bıstrov (hamısı “Astana”), Erkin Tapalov, Roman Asrankulov, Ruslan Valiullin (hamısı “Tobol”), Bağdat Kairov, Alibek Kasım, Adilxan Tanjarikov (hamısı “Aktobe”), Sergey Malıy, Temirlan Erlanov (hər ikisi “Ordabası”), Adilxan Dobay (“Jetısu”), Mixail Qabışev (“Elimay”), Nuralı Alip (“Zenit”, Rusiya), Aleksandr Zuev (“Arsenal”, Rusiya)

Yarımmüdafiəçilər: Asxat Taqıberqen, Baurjan İslamxan, Aybol Abiken (hamısı “Ordabası”), Maksim Samorodov, Ramazan Orazov, Arman Kenesov (hamısı “Aktobe”), Abzal Beysebekov, İslambek Kuat (hər ikisi “Astana”), Adilet Sadıbekov (“Kayrat”), İslam Çesnokov (“Tobol”)

Hücumçular: Ramazan Karimov, Elxan Astanov (hər ikisi “Astana”), İvan Sviridov (“Elimay”), Vladislav Prokopenko (“Jenis”), Abat Aymbetov (“Adana Dəmirspor”, Türkiyə).

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan oyunu Macarıstanın Sombatxey şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest