2026-cı il dünya çempionatının qrup mərhələsinin oyunlarını ümumilikdə 4,6 milyon insan stadionlardan canlı izləyib.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
Qrup mərhələsi çərçivəsində ümumilikdə 72 qarşılaşma keçirilib. Dünya çempionatları tarixinin tamaşaçı rekordu məhz qrup mərhələsinin üçüncü turu zamanı 3,6 milyon həddini keçməklə yenilənmişdi. Əvvəlki rekord 1994-cü ildə yenə ABŞ-də təşkil olunan dünya birinciliyində qeydə alınmışdı. Həmin vaxt qarşılaşmaları stadionlardan cəmi 3 587 538 azarkeş izləmişdi.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnirin son qalibi Argentina millisidir.













