Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro dünya çempionatının 1/16 final mərhələsində Yaponiya ilə keçirilən matçın ən yaxşı oyunçusu seçilib. Təcrübəli futbolçu komandasının qələbəsində və növbəti mərhələyə yüksəlməsində böyük rol oynayıb.
Matc.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Meydanda böyük fəallıq göstərən Kazemiro 56-cı dəqiqədə başla dəqiq zərbə endirərək braziliyalıların bərabərlik qolunun müəllifi olub.
Bildirilir ki, yarımmüdafiəçi vurduğu qolla yanaşı, rəqib qapısına daha 2 dəqiq zərbə endirib və etdiyi 76 ötürmədən 68-ni (89%) dəqiqliklə yerinə yetirib.
Bununla da o, dünya çempionatları tarixində Braziliya millisinin heyətində qol vuran ikinci ən yaşlı oyunçu ünvanına sahib çıxıb.













