Braziliya millisinə 1:2 hesabı ilə uduzaraq dünya çempionatında mübarizəni dayandıran Yaponiya yığmasının baş məşqçisi Hadzime Moriyasu pley-offun 1/16 final mərhələsindəki oyunun nəticəsini şərh edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis turnirlə bu qədər erkən vidalaşdıqları üçün dərindən məyus olduğunu dilə gətirib.
"Pley-offun belə erkən mərhələsində turniri tərk etmək məcburiyyətində qaldığımız üçün dərindən məyus xəyal qırıqlığı yaşayıram. Lakin bu gün futbolçular meydanda tamamilə bütün güclərini qoydular, necə ki, bunu bütün yol boyu etmişdilər. Məşqçilər heyəti də komandaya hər şeydə dəstək olmaq üçün durmadan çalışdı. Hazırda əlimizdə olan hər şeyi qalıqsız verdikdən sonra tamamilə daxilən boşalmış vəziyyətdəyəm. Bununla belə, mən bu nəticəni qəbul etmək və gələcəkdə daha güclü bir komanda olmaq üçün ondan istifadə etmək istəyirəm".
Qeyd edək ki, qarşılaşma ABŞ-nin Hyuston şəhərindəki "NRG" stadionunda baş tutub. Yaponiya millisi ilk hissədə hesabı açaraq önə keçsə də, görüşün ikinci yarısında Karlo Ançelottinin yetirmələri oyunun gedişatını dəyişməyi bacarıblar. Braziliyalılar Kazemiro və Qabriel Martinellinin vurduğu qollar sayəsində əsas vaxtda qələbə qazanıblar.













