Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın qrup mərhələsinin hər üç oyununda matçın ən yaxşısı seçilərək nadir rekordu təkrarlayıb.

Matc.az xəbər verir ki, bu barədə tanınmış ispaniyalı jurnalist Aleksis Martin-Tamayo "X" hesabında məlumat yayıb.

Vinisius dünya çempionatları tarixində qrup mərhələsinin bütün qarşılaşmalarında bu mükafata layiq görülən üçüncü futbolçu olub. Ona qədər bu uğura yalnız argentinalı Lionel Messi (2014-cü ildə) və portuqaliyalı Kriştiano Ronaldo (2010-cu ildə) imza atıblar.

Cari dünya çempionatında 4 qol və 1 məhsuldar ötürmə ilə yaddan qalan Vinisiuslu Braziliya 1/16 finalda Yaponiya ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest