Nüfuzlu "The Athletic" nəşri 2026-cı il dünya çempionatının qrup mərhələsinin ən yaxşı futbolçularının reytinqini tərtib edib.
Nüfuzlu "The Athletic" nəşri 2026-cı il dünya çempionatının qrup mərhələsinin ən yaxşı futbolçularının reytinqini tərtib edib. Kvartetlərdə oyunlar başa çatdıqdan və pley-off mərhələsi start götürdükdən sonra qrup oyunlarının yekunları dəyərləndirilib.
Matc.az xəbər verir ki, qrup mərhələsinin ən yaxşı 5 oyunçusundan 3-ü Fransa millisini təmsil edir. İlk "beşlik"də həmçinin Argentina və Braziliya yığmalarından da bir futbolçu yer alıb.
"The Athletic"in versiyasına görə DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı 5 futbolçusu aşağıdakılardır:
1. Lionel Messi (Argentina)
2. Kilian Mbappe (Fransa)
3. Vinisius Junior (Braziliya)
4. Usman Dembele (Fransa)
5. Maykl Olise (Fransa)













