"Yaponiya asan rəqib deyil, çox mütəşəkkil və intensiv komandadır".

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının 1/16 final mərhələsində Yaponiya yığmasına qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan matçın nəticəsini şərh edib.

Matc.az xəbər verir ki, italyalı mütəxəssis komandasının səbrini itirmədiyini və ehtiyat oyunçular skamyasında kifayət qədər resurslarının olduğunu vurğulayıb:

"Biz səbrimizi itirmədik, həm meydanda, həm də ehtiyat oyunçular skamyasında çoxlu resursumuz var idi. Yaponiya asan rəqib deyil, çox mütəşəkkil və intensiv komandadır. Mən Neymarı əlavə vaxt üçün qoruyurdum. İkinci qolu vurmasaydıq, o, 105-ci dəqiqədə meydana çıxmalı idi. Oyunun strukturunu dəyişmək istəmədim, çünki komanda yaxşı çıxış edirdi".

Qeyd edək ki, dünya çempionatının pley-off mərhələsinin bu görüşü ABŞ-nin Hyuston şəhərindəki "NRG" stadionunda baş tutub. Qələbə sayəsində 1/8 finala yüksələn Braziliya bu mərhələdə Fil Dişi Sahili – Norveç cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest